Qardaş türkiyəli şair, yazar Nihat İlikçioğlu 1972-ci ildə fevralın 5-də Türkiyədə Qaziantəp şəhərində doğulub. Yazar, şair, araşdırmaçı, Kültür Sanat və Ədəbiyyat dərnəyi danışmanı, Anadolu şairlər birliyinin təsisçisidir. Hazırda Türkiyədə yayımlanan radioların birində aparıcı kimi fəaliyyət göstərir…

Şairin icazəsiylə onun iki şeirini oxucularımıza təqdim edirik.

Oyan qəribə şair!

Hər kəs özünə bir sevgili tapdı.
Hər kəs yeni bir dünya qurdu.
Sən bədbəxtsən, hər kəs xoşbəxt oldu.
Oyan qəribə şairim artıq oyan.

Bax seviləcək insan qalmır bu şəhərdə.
Bax yaxşı olanlar bir-bir tükənməkdə.
Bax sevənlərin, sevilənlərin üzü gülməkdə,
Oyan qəribə şairim artıq oyan

Demə əlbət məndə taparam zamanla.
Deyirəm bax qalarsan bir başına.
Bir çarə tapa bilməzsən ağlamaqla.
Oyan qəribə şairim artıq oyan.

Qədər deyil ayrılıq

Qədər deyil ayrılıq.
Eşqi bilməyənlərin,
Sevdalılara etdiyi zülmün adı.
Ağlayanların, tək qalanların fəryadı.
Yaraların ən dərini..
Sevilənin sevənə bir oyunu.

Qədər deyil ayrılıq.
Eşqi bilməyənlərin,
Sevdalılara qıydığı ölümün adı.
Günahsızların, bədbəxtlərin fəryadı.
Dərdlərin ən çəkilməzi.
Nankor şeytanla yaxın dostluğu.

Qədər deyil ayrılıq.
Eşqi bilməyənlərin,
Sevdalılara üzülmədiyi pisliyin adı.
Sevməyə tövbə edənlərin fəryadı.
Talesizliyin ən böyüyü.
Qəfilsevdilərin dəyişməz bir qanunu.

Qədər deyil ayrılıq.
Eşqi bilməyənlərin,
Sevdalılara danışdığı əhvalatın adı.
Kədərlənib çəkənlərin fəryadı.
Sillə ən ağrı verəni.
Sevilənin sevənə bir oyunu.

Uyğunlaşdırdı: Hikmət Carçılı Orhun

( Nihat İlikçioğlu (Türkiyə). Şeirlər başlıklı yazı Hikmət Orhun tarafından 13.03.2013 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.