Online Üye
Online Ziyaretçi
hər kəsə can deynən könlü xoş olsun,
zəhirmar deməkdə fayda bulunmaz.
gədalar şah olmuş fərman buyurar,
beyvəfa dünyada qayda bulunmaz.
bacar haram işdə olma bərqərar,
cəllad nainsafdı, vəzir beilqar.
siləllər dəftərdən, eldən qovarlar,
namın bir mahalda, köydə bulunmaz.
qul hikmət der: düşdüm bura nagahan,
düşünən başlara zulmatdı cahan.
cəm olub dövrəmdə evimi yıxan,
üzümü güldürən söyda bulunmaz.
Yazarın
Sonraki Yazısı