Online Üye
Online Ziyaretçi
Adəm oğlu, əzəl günnən işin sirri-xudadır,
Çalışmağın, çarpışmağın mübtədası vidadır.
Alın yazısın silməyə dəryanın suyu çatmaz,
hər addımın, hər nəfəsin haqdan enən nidadır.
Pay-puş ömrü yaxşı yaşa eləməynən hədər sən,
Vaxt yetirər, vədə gələr gəldiyinə gedərsən.
Yar dediyim qara gözlüm nə gedişdi gedərsən,
Nə yerişdi, nə tərpəniş, nə tavır, nə ədadır.
Bacar nəfsinə tət denən yaradana xoş olsun,
Zəhmətinə qazandığın bədəninə nuş olsun.
Gul hikmətin nə həddinə gül üzünə tuş olsun,
Sənki bir huri-qılmansan kəndisi bir gədadır...
Hikmət Carçılı Orhun
.