Bizden Selam Olsın Ahle Ürfane
 Bizdən səlam olsın əhle ürfanə
Həqdən gələn bizə əmanət nədi?
Yerilə göy dağ daş qəbul etmədi
Pərdə dalısinda hekayət nədi?

Nəyə görə insan qəbul eylədi
Eeteraz etmiyip ləbeyk söyıədi
Hansı nəşə içrəi  iqrar eylədi
Bu ilqarda sirr'u rəvayət nədi?

Bu peymana insan heç bir dinmədi
Həq zalim'u cahil xitab eylədi
Əql'u dərk olmasa peyman nəmnədi
Pəs xitbe zülm'u cehalət nədi?

Ruzi həqdən gəlir azla ya ki çox
Ömrun gəlir keçir ac qalan ya tox
Rezqin hamı yeyir heç bir qalan yox
Pəs bu çalışmaqla riqabət nədi?

Ömrun qutaracaq müəyyən vəqtə
İş östəsən ya ki uzanmış təxtə
Hadisə qətl üz verip bir bədbəxtə
Bəs bu xun bəha'u qisasət nədi?

Deyirlər əzəldən cəhənnəm beheşt
Ələst âləmindən tutupdir sereşt
Qalib olacaqdır sənə sərneveşt
Bəs bu ibadətlə itaət nədi?

Aləme maddədə tapipsan dəvam
İxtiyarundadı əəmalun mudam
Qəza vu qədərlə sən olubsan ram
Pəs bu səadətlə şəqavət nədi?

Dünyayə gəlməgun olıp bel'emkan
Mümkindi gələsən mümkindi qalan
Ələst aləmidə dəgil ki yalan
Orda kı misaq'u şəhadət nədi?

( Bizden Selam Olsın Ahle Ürfane başlıklı yazı faramarz-abdollahpur tarafından 24.04.2024 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.