Bir Gün Bizim Arvat Yerinden Durmışdı
Bir gün bizim arvat yerindən durmışdı
Sarı səmavarın altını alışdırmışdı
Qorı səmavarın östə qaynayırdı
Uşaqlarda yer içində oynayırdı
Atam çörək alıp gətirmişdi
Anamda aşağa başda oturmışdı
Xanım yaşıl süfrəni yerə döşəmişdi
Süfrə için qəymağıla yağıla bəzəmişdi
Anam yumuşaqdan ay balam gəlun demişdi
İki üç dəqiqiyə hamı süfrənin başına yığışmışdı
Qarın altını yeyip çaydan içip allaha şükür demişdi
Yeyip içəndən sora anam atama üzin çevirip. ay kişi birin oxu söyləmişdi
Atamda ki çignində paltov əgnındə köynək ağ
Əlində təsbih başında çal papağ
İki yastıq üstə yanqulucı oturmışdı
Uşaqlarında biri əlində istikan çay içir.
 biridə yorğanın altına soxulmışdı
Atamda ki sağ əlin qoyup qulağına ucadan başlayıp
Ay duman gəl get bu dağlardan.
 Bu dağlara qar əylənməz qar əylənməz qar əylənməz.
Anam dirəğə dayanıp dodağı gulumsəli əlində toxuma tuxıyır
Atamda ki səsi başına atıp ucadan oxuyır.
Mənə bir gülmək əl verip qorxumnanda gülə bilmirəm amma qarnım qalxır yatır.
Anam zərafatınan deyir akişi dedik bir az şad oxuda qoy uşaqların eyni açılsın
Atamda deyir.
 Mən nə deyirəm arvat mənə bir çay gətir qoy nəfəsim açılsın
Anam bir rəngli çay gətirdi atam içip başladı
Ay bu dərənin uzunı çoban qəytər quzunı.
get anava deginən mənə versin qızını
Vəsməli yarım oyna.
 Gözəl nigarim oyna. 
dərdu ğəmim azalsın
 izzu viqarim oyna.
Bizdə kanarda başlamışıx çəpi çalırıx uşaqlardanda biri yorğan altda boynun oynadır.
Atam elə ki avazın qutardı
Deyir oğul balası şad olun şad yaşayın
Dünyanın ğəmu ğüssəsin yemak axmaxlıxdandı
Dünya elə belə gəlip qaraçi köçi kimin əyə əyə belədə keçəcək
Anamda deyirki balalarım dünya düzdiginən nizam tutup
Allah hamı şeyi həqdən yaradıp və həqiqətinən edarə edir
Suzda düz yol tutun gedun
Nəyə görə ki 
Çun düz yol bir axan çaya bənzər ki üzi aşağa axır
Onun içində üzi aşşağa üzmək çox rahatdır
Elə bir azcana özuvı su östə saxlıya bilson su səni məqsəduva aparacaq
Vəli əgri yol çayınan üzu yuxarı üzməğə oxşur
Ki hər nəqədər çalışısan gedəsən üzu yuxarı hey su burxur qəytərir səni aşağa axırda gürüsən ki irelə çalışmağun və əməgun əldən gedip elə əvvəl ki yerundasan.

Pəs ay qardaşlar və yoldaşlar dünya imtəhan donimidi hərkəs istəyir hər iki dünyadə səadətə çata allah peyğəmbər diyən yolı tutsın düz getsin

( Bir Gün Bizim Arvat Yerinden Durmışdı başlıklı yazı faramarz-abdollahpur tarafından 4/20/2024 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.