Defterin Açmış Bahar Kisse Hekayet Edir
Dəftərin açmış bahar qessə hekayət edir
Çəhçəhə quşlar düşip nəğmə təlavət edir
Ğül çiçək açmış çəmən oynayırı yasəmən
Çollər olipdir ədən müşk təravət edir
Ağ geyinip durnalar əyləniri göllərə
Tazə ilin gəlməgin beylə rəvayət edir
Yel əsiri suzilə ney oxur avazilə
Sərvu səmən nazilə həqqə ibadət edir
Açdı könul axçasın can suvarıp bağçasın
Ğəm götirip buxçasın gör nə şikayət edir
Gəldi koseynən keçəl hər ikisi əlbehəl
Almış ələ çömçəni hədyə enayət edir
Bayram elə xoş gəlir gözlərimə yaş gəlir
Şad vu sərxoş gəlir canə məlahət verir
Həlhələ ilən gəlir vəlvələ ilən gəlir
Noğlu nobat pəxş edir canə həlavət verir
(
Defterin Açmış Bahar Kisse Hekayet Edir başlıklı yazı
faramarz-abdollahpur tarafından
20.03.2024 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.