Getdi Ol Yar Yanımdan Gene Canim Çıksın
Getdi ol yar yanımdan genə canim çıxsın
Çəkərəm ah butun ərşə fəğanım çıxsın

Bar ilaha necə hicran ğəminə mən dözəcəm
Çox zulumlar çəkəcəm dizdə təvanım çıxsın

Ey gül üzli sənəm ancaq səni mən boşlamaram
Çəkmərəm əl ətəgundan kəzəranım çıxsın

Söylərəm bircə danış məndə sənilən danışım
İşvə sat naz elə ta ruh'u rəvanım çıxsın

Mən züleyxayə səni bənzədürəm ey məhrox
Qorxuram düşsə nuqabun ki yalanım çıxsın

Qoyma ağlar məni ey gözləri şəhla gözəlim
Nə olar güldirəsn! məğzimə qanım çıxsın

Çoxda incitmə məni bal dodaq'u qənd dəhan
Çox ayıbdır ki əvam içrə divanım çıxsın

Bir fikir eylə fəramərz özuvı allatma
Bəlkə pak sirətilə cism ara canım çıxsın

( Getdi Ol Yar Yanımdan Gene Canim Çıksın başlıklı yazı faramarz-abdollahpur tarafından 26.04.2024 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.