Bir gül üzli dilbərin vəslində ətşanəm haray
Biqərarəm ruz'u şəb eşqində veylanəm haray
Ruhimi almış əlimdən cismimi talan edip
Tutmuşam ot atəşe hicrində giryanəm haray
Cürətim yox eyliyəm zahir negarə eşqimi
Bu həya'vu bu muqəyyədliqdə suzanəm haray
Neyləyim mən ta gözək bilsin nedaye eşqimi
Bu işə bu işdəgə məbhutu heyranəm haray
Ruzegare namunasibdə kimə bir üz tutum
Söyləyim bu sirrimi ey del pərişanəm haray
Kimsədən eylim sifariş nazəninim anlasın
Bir xəbər versin. O əxbarə ürək qanəm haray
Bir kəmənd atmış qara zülfilə salmış dustaqa
Dustaq içrə cızha çəkmiş qəlbe şanşanım haray
Bir nəfər yoxdur xəbər tutsın məramindən mənə
Söyləsin bir qessə feel'u enekasindən haray
Danlasın ol mahruyi söyləsin bir rəhm qıl
Bu yazıq eşqunda can üstə. Dayan canım haray
Bivəfalıq eyləmə ay qız səni çox istəyir
Xatirin etmə mükəddər sən bu ğılmanın haray
Bir əqilli fikr eylə bəlkə qismətdir belə
Başə çatdı intizare vəsle hicranun haray
Bəlkə bu dannax nəsihətlər bir az etsin əsər
Ruberu olsın mənilə şux tərlanım haray
Qıyqacı baxsın göz altıyla mənə bir ğeyzilə
Bu nə sözdır söyləsin ey otlı çoganım haray
Bu nə eşq'u bu nə şur'u bu nə fitnə salmısan
Aləm içrə yandırır bu ot şərər canım haray
Qırxa çatmışdır yaşun ey eşqə olmış müddəi
Salma rusvalıq. Etmə indi bədnamım haray
Get ibadət eylə allahə itaət vəqtidir
Səslə rəbbeğferli var feelimdə noqsanım haray
Söyliyəm ey nazənine delneşine məhleqa
Rəhm qıl etmə əziyyət nazlı sultanım haray
Bu ürəkdir çırpınır istər cəmalun vəslini
Cismim içrə ot tutupdır eşqe pinhanım haray
(
Bir Gül Üzli Dilberin Veslinde Atşanem Haray başlıklı yazı
faramarz-abdollahpur tarafından
5/7/2024 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.