Benim Ey Nazlı Dildarim Benim Ey Derdime Derman
Mənim ey nazlı dildarim,mənim ey dərdimə dərman
Mənim dövlətli sərdarim olipsan eşqimə fərman

Mənim əldən alıpsan hüsnüvilən əqlu ədrakim
Tərəhhüm qıl axan göz yaşimə olmış hamı heyran

Məni məndən alıpsan qalmışam veylan bu məvadə
Rəha qil nəfsi zindandan, mənim ey zehnimə sultan

Yanaqunda sənun ey gül , yazılmış xətte ərrəhman
Dodaqunda sənun dilbər açılmış ğonçalar xəndan

Çəkilmiş qaşlarun qosu qəzəh tək can alar təndən
Aladır gözlərun göyçək misale huriye rizvan

Mühəbbət şərbətilən eşq camin eylə sən ləbriz
Əta eylə məne zarə ayılsın peykəre məstan

Ürək səndən mühəbbət mehribanlıq istəyir neylum
Gəl etmə aşiqin rüsva tapa ta zindegi cavdan

( Benim Ey Nazlı Dildarim Benim Ey Derdime Derman başlıklı yazı faramarz-abdollahpur tarafından 12.03.2024 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.