İlk aşk

 

          Bütün gününü sanki heçnə olmamış kimi yaşayarsan...  Günün heç bir saatında ötən günlər düşməz yadına, ya da zaman olmaz ötənləri yaddaşının ələyindən keçirməyə... Nəhayət axşam düşdümü, yazı masanın arxasına keçdinmi, gecənin koynundan boylanan ayla birlikde, çox çox uzaqlardan boylanar acı hatiralar... Evet, məhz acı. İstər iyi günlər olsun, istərsə də kötü günlər, keçmişə qovuşdusa acı hatıraya dönüşür...

          Benimse, danışacaq elə çox hatıralarım yok...  Mövzularımın tükəndiyi zamanda, kalemim yavaşca pıçıldadı kulağıma: “deyəsən axı, ondan yazmağın vaxtıdır... O sənin ilk eşqin, ilk sevgindir...”

          İlk sevgidən yazmağa başladımsa, yeni nəsə gözləməyə dəyməzdi - bütün ilk aşklar aynıdır, talesizdir, bahtsızdır... İlk aşk kovuşmaq üçün deyil ki... Bütün ilk aşklar gələcəkdə torunlara konuşmaq için mövzu rolunu oynayır,  ya da benim kimi: mövzu bitdimi ilk eşqin qara taleyini köçürməyə başlayıram ağ kağızlara...

          Zaman boğazımıza keçmiş bir kəndirdir, doğulduğumuz gündən daralmağa başlayır ki, sonda da bu bizim boğulmağımızla nəticələnəcək... İndi bu kəndirin bir ucundan tutub keçmişə doğru qalxmağa çalışıram, sənli keçmişə doğru, sənli günlərə doğru. O günlər ki, biz bir birimizin gözlərinə baxarkən yaşadığımız hissləri “sevgi” adlandırmışdıq, o günlər ki biz dəqiqələrlə gələcəyə aid xəyallar qurardıq, heç yorulmadan, böyük həvəslə... Sən uşaq kimi sevinclə gələcək planlarını bir bir sayardın, mən isə söhbətin arasında “gözəl gözlərin var” deyib sözünü kəsərdim... Sonra sən gülərdin, yenə davam edərdi gələcək arzularımız... Biz birgə oxuyacaqdıq, işləyəcəkdik ki, birdən fələk başımızın üstünü kəsdirib dedi: “Mən ölməmişəm hələ...” 

           Fələyin o “sözlərindən” 7 il keçir, sənin toyundan isə 5 il... Sənin toy günün mən bir həqiqəti anladım: Dünyanın ən hüznlü yası sevdiyin qızın toyu imiş...

 

 

 

 

 

Cavidan Mirzəzadə, Bakü

( İlk Aşk... başlıklı yazı Cavidan tarafından 6.04.2015 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.