Meeşuk Derdinden Aman Mehzunu Giryan Olmışam
Məəşuq dərdindən aman məhzunu giryan olmışam
Yox taqətim ay qız inan bihəd pərişan olmışam

Otaqını boş görmişəm ğəmlə özim tuş görmişəm
Bir belə taytuş görmişəm ax necə bican olmışam

Hissimi əldən vermişəm gah ağlayıp gah gülmişəm
Dünyayə mən bildirmişəm vah necə nadan olmişam

Bir belə ğəmlə neyləyim mən ahu nalə eyləyim
Sızqın yanıram söyləyim ot içrə suzan olmışam

Ev işim əldən salmışam qara bulut tək dolmişam
Ey vay mənə tək qalmışam dilgiru nalan olmışam

Tut ayrılıqdan bir xəbər çoxdı ürəkdə ğəm kədər
Günlər qaçar aylar keçər ğəflətdə heyran olmışam

Ürf âləmindən ver xəbər eşq âləmindən müxtəsər
Yarın peyamin sərbesər bilmiş xuraman olmışam

İstər ürək ol məhruxı ətləs libasında görəm
Göz eyliyə dur gəl toxı ziba hürüklərdən hörəm

Cənnət içində bir yuxı ol məhüzarimlə sürəm
Bir bax aqıl məndən gedip divanə məcnun olmışam

Bu möhnətə can neyləsin dərd çoxdı insan neyləsin
Biçarə loqman neyləsin mehrilə əlqan olmışam
( Meeşuk Derdinden Aman Mehzunu Giryan Olmışam başlıklı yazı faramarz-abdollahpur tarafından 4.04.2024 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.