Elnur Rəsuloğlu (Əliyev)


Şimal, cənub - vətən birdir.

Birləşsə, tən və tən birdir.

 

Uzaq, ayrı yaşayıblar

Çox illəri Bakı-Təbriz.

Qəlblərində daşıyıblar

Nisgilləri Bakı-Təbriz.

 

Kaş Gülüstan dağılaydı.

Həmin sənəd cırılaydı.

Bölənlərin qırılaydı

Nəsilləri, Bakı-Təbriz.

 

Sərhəd olub Araz çayı.

Vətən olub qəm sarayı.

Sərt görüblər qışı, yayı,

Fəsilləri Bakı-Təbriz.

 

Qadağandır dili, yazı.

Cinayətdir bu ən azı.

Saya bilməz çox narazı

Səfilləri Bakı-Təbriz.

 

Qədrin bilin doğruların.

Vurun vətən oğruların.

Sökün sərhəd qurğuların,

Məftilləri, Bakı-Təbriz!

( Bakı - Tebriz başlıklı yazı Rəsuloğlu tarafından 28.03.2015 tarihinde sitemize eklenmiştir. Sitemizde yayınlanan eserlerin hukuki sorumluluğu , kullanılan materyaller ve yazının içeriği yazarlarına aittir.İzin alınmadan kaynak gösterilse bile sayfamızdaki eserler başka yerde yayınlanamaz. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. )
Okuduğunuz Yazının Site Kurallarını İhlal Ettiğini Düşünüyorsanız, Site Yönetimine Bildirmek İçin Tıklayınız.